AZ

Belarus Litva sərhədində gərginlik yarandı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus-Litva sərhədindən hava şarları vasitəsilə keçirilən qaçaqmalçılıqdan əsasən Litvada yerləşən şəxslər faydalanır.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin İbtidai Təhqiqat və Hüquqi Təminat Departamentinin rəhbəri Nikolay Boreyko bildirib.

Boreykonun sözlərinə görə, ələ keçirilən pilotsuz uçuş aparatları və hava şarları GPS izləyiciləri, eləcə də Litvanın mobil operatorlarına məxsus SİM kartlarla təchiz edilib:

“Bu cihazlarda Litva Respublikasında və ümumilikdə Avropa İttifaqı ölkələrində yaşayan şəxslərin məlumatları açıq şəkildə görünür”, – o deyib.

Sərhəd Komitəsinin nümayəndəsi qeyd edib ki, Avropa İttifaqı ölkələri Belarusda istehsal olunan və Aİ daxilində satışa çıxarılan mallara böyük maraq göstərirlər.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
globalinfo.az

1Mənbələr