AZ

“Barselona” “Elçe” üzərində inamlı qələbə qazandı

İspaniya La Liqasının XI turu çərçivəsində “Barselona” doğma meydanda “Elçe” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə,  görüş Barselonadakı “Olimpik Lluís Kompanis” stadionunda baş tutub. 

Oyunda üstünlüyü meydan sahibləri ələ alıb – 3:1 hesablı qələbə “Barselona”nın aktivinə yazılıb.

Matçın 9-cu dəqiqəsində Lamin Yamal hesabı açıb, 11-ci dəqiqədə Ferran Torres fərqi artırıb. 42-ci dəqiqədə “Elçe”nin hücumçusu Rafael Mir bir qolla cavab versə də, 61-ci dəqiqədə Markus Raşford kataloniyalıların üçüncü qoluna imza atıb.

Bu nəticədən sonra “Barselona” xal sayını 25-ə yüksəldərək turnir cədvəlində ikinci pilləyə qayıdıb. Komanda lider “Real”dan 5 xal geri qalır. “Elçe” isə 14 xalla doqquzuncu yerdə qərarlaşıb.

Seçilən
25
90deqiqe.az

1Mənbələr