AZ

İdarəetmədən çıxan motosiklet aşdı - Yaralanan var

Rusiyanın seriya ilə istehsal edilən ilk elektromobili “Evolute i-Pro”nun buraxılışı dayandırılıb.

Avtosfer.az xəbər verir ki, elektromobil 2022-ci i8ldən konveyerdə idi. Lipetsk vilayətində istehsal edilən maşın əslində Çinin “Dongfeng Aeolus E70” modelinin Rusiyaya adaptasiya edilmiş versiyasıdır.

Müəssisə yaxın vaxtlarda yeni, təkmilləşmiş modelin istehsala buraxılacağını bildirsə də, Rusiyanın avtomobil mediası bunu real saymır. İstehsalın birdən-birə, heç bir tutarlı izahat verilmədən dayandırılması təəccüb doğurub.

Maraqlıdır ki, elektromobil Rusiya hökumətinin 2026-cı ildə taksi fəaliyyətində istifadəsinə icazə verilən nəqliyyat vasitələri siyhısına da salınıb.

Vüqar

FOTO QALEREYA
Seçilən
27
avtosfer.az

1Mənbələr