AZ

"Nəticə bizi məyus etdi”

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasının 10-cu turunda “Aston Villa” “Liverpul”a məğlub olub.

QOL.az xəbər verir ki, komandanın baş məşqçisi Uney Emeri 0:2 hesablı məğlubiyyət oyunundan sonra fikirlərini bölüşüb.

“İlk 30 dəqiqədə komandamız yaxşı oyun nümayiş etdirdi, oyuna nəzarəti ələ aldı və təhlükəli hücumlar qurdu. Lakin ilk hissənin son 15 dəqiqəsində sahədə boşluqlar yaranmışdı, müdafiədə yavaş idik. Rəqib bir qolunu ofsayddan vurdu, digərində isə səhv etdik. İkinci hissəyə birinci hissədəki kimi başlamaq lazım idi, amma bunu bacarmadıq və rəqib ikinci qolunu vurdu. Buna baxmayaraq, komandamın mübarizə aparması və oyunda qalmağa çalışması məni qane edir, amma nəticə bizi məyus etdi”.

Uney Emeri həmçinin komandasının strukturunu, oyun vaxtının düzgün bölüşdürülməsini və özünə inamını mövsüm boyunca komandaya fayda verəcəyini vurğulayıb.

 

Seçilən
20
1
teleqraf.com

2Mənbələr