AZ

Robert De Nironun nəvəsi saxta dərmandan ölübmüş

Nyu-Yorkda məşhur aktyor Robert De Nironun nəvəsi Leandro De Niro-Rodrigezin və Blondie gitaristi Kris Steinin oğlu Akira Steinin ölümü ilə əlaqəli saxta narkotik şəbəkəsi ifşa edilib.

Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, şübhəlilərin gənclərə təhlükəli kimyəvi maddələrlə hazırlanmış saxta həblər satdıqları ortaya çıxıb. "ABC News"un məlumatına görə, Eddie Barreto, Brus Epperson, Qrant MakIver, Cohn Nikolas və Roy Nikolas da daxil olmaqla beş nəfər minlərlə saxta reseptli dərman istehsal etməkdə və Nyu-York şəhərində gənclərə satmaqda ittiham olunur. İttihamnamədə həblərin qanuni dərman kimi paylandığı, lakin tərkib hissələrinin olduqca təhlükəli olduğu iddia edilib.

Qeyd edək ki, Drena De Nironun oğlu Leandro De Niro-Rodrigez (19) 2 iyul 2023-cü ildə Manhettendəki evində ölü tapılıb. Tibbi ekspertizanın hesabatında ölüm səbəbi saxta dərmanlardan zəhərlənmə kimi göstərilib. 

Seçilən
49
2
olke.az

3Mənbələr