AZ

Premyer Liqa klubunun azarkeşlərini üzəcək XƏBƏR

Gəncəli futbolsevərləri hazırda iki sual ciddi düşündürür - Komandanın yenidən elitada qalıb-qalmayacağı və Gəncə şəhər stadionunda ev oyunlarını nə vaxt keçirəcəyi.

Xüsusilə ikinci sual sosial şəbəkə hesablarında, şəxsi profillərdə bizə çox ünvanlanır.

Birinci ilə bağlı məsələ mövsümün sonunda dəqiqləşəcək. Daha erkən də məsələyə nöqtə qoyula bilər.

İkinci sualla bağlı isə əldə etdiyimiz müəyyən bilgilər var.

Bəli, yenidən qurulan Gəncə şəhər stadionun açılışı edilib.

Bildiyiniz kimi, problem meydanın örtüyünün dəyişdirilməsi ilə bağlıdır.

Bəzi iddialar vardı ki, yeni ilin Mart ayına kimi problem öz həllini tapacaq.

Təəssüf ki, vəziyyət heç də belə deyil.

"Kəpəz"in ümumiyyətlə bu mövsüm doğma şəhərdə rəqiblərini qəbul etməsi real görünmür.

Ən yaxşı halda növbəti sezon Gəncəyə qayıdış mümkün olacaq.

Oun da sezonun hansı bölümündə gerçəkləşəcəyi hələ ciddi sual olaraq qalır.

Bir sözlə, stadion problemi həllini tapan gəncəli azarkeşlərin sevimli komandalarına qovuşması hələ müəyyən zaman alacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr