AZ

İtaliyada qar uçqunu nəticəsində beş alpinist həlak olub

İtaliyanın Cənubi Tirol bölgəsində baş verən qar uçqunu faciə ilə nəticələnib.

BAKU.WS xəbər verir ki, hadisə zamanı Almaniyadan olan beş alpinist həyatını itirib. Bu barədə məlumatı İtaliya Dağ Xilasetmə Xidməti yayıb.

Bildirilib ki, xilasedicilər həlak olanlardan üçünün cəsədini hadisədən bir gün sonra, qalan iki nəfərin cəsədini isə bu gün tapıblar. Məlumata görə, alpinistlər noyabrın 1-də 3 500 metr hündürlüyə malik Ortles dağ massivinə qalxarkən uçquna düşüblər. Hadisə bölgədə hava şəraitinin qəfil dəyişməsi ilə əlaqələndirilir.

Seçilən
17
far.az

1Mənbələr