AZ

"Portu"nun hücumçusu "Çelsi" və "Tottenhem"in hədəfində

London klubları "Çelsi" və "Tottenhem" “Portu”nun hücumçusu Samu Aqehovanı transfer etmək niyyətindədir.

İdman.Biz "Correio da Manha"ya istinadən xəbər verir ki, portuqal klubu 21 yaşlı futbolçu üçün 80 milyon avro dəyərində təklifləri nəzərdən keçirməyə hazırdır.

“Çelsi” daha əvvəl futbolçunu 35 milyon funt sterlinqə transfer etməyə çalışsa da, zədə və keçilməyən tibbi müayinə səbəbindən bu, baş tutmayıb.

Mənbənin məlumatına görə, “Portu”nun prezidenti Andre Vilyaş-Boaş futbolçunun satışını nəzərdən keçirməyə hazırdır. Samunun müqaviləsində 100 milyon avroluq azadolma maddəsi olsa da, klub maliyyə təzyiqi səbəbindən onu 80 milyon avroya buraxmağa meyillidir. Eyni zamanda, rəhbərlik komanda daxilində ona əvəz tapa biləcəyini düşünür.

Aqehovaya ötən transfer pəncərəsində "Nyukasl" və "Aston Villa" da maraq göstərsə də, onların təklifləri rədd edilmişdi. Portuqaliya mətbuatının məlumatına görə, gənc hücumçu karyerasını o vaxt “Portu”da davam etdirmək istəyirdi.

Qeyd edək ki, Aqehova 2024-cü ilin yayında "Atletiko"dan “Portu”ya keçib. O, debüt mövsümünün bütün turnirlərdə 27 qol vurub və 3 asist edib. Cari mövsümdə isə onun aktivində artıq 11 oyunda 9 qol var.

İdman.Biz

Seçilən
32
idman.biz

1Mənbələr