AZ

Ukrayna yeni Patriot alıb

Ukrayna Almaniyadan yeni Patriot hava hücumundan müdafiə sistemləri alıb.

Musavat.com xəbər verir ki, məlumatı prezident Vladimir Zelenski  Telegram kanalında açıqlayıb: "Biz Ukrayna hava hücumundan müdafiəmizin Patriot komponentini gücləndirdik. Bu birgə addım üçün Almaniyaya və şəxsən kansler Fridrix Merzə təşəkkür edirəm".

Sentyabrın 29-da Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin Kiyevə üç Patriot sistemi təhvil verdiyini və Norveç tərəfdaşlarının dəstəyi ilə 2025-ci ilin sonuna qədər daha iki müasir Patriot sistemi təqdim edəcəyini açıqlamışdı.

 

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr