AZ

Putin Ukraynaya 100 min əsgər göndərir - FOTO

Rusiya Federasiyası Ukraynanın bütün işğal olunmuş ərazilərində 18–55 yaşlı kişilərin səfərbərliyinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Üçüncü Ordu Korpusunun komandir müavini Dmitri Xuxarçuk məlumat verib.

Onun sözlərinə görə, işğalçılar Ukraynaya qarşı döyüşmək üçün 50 mindən 100 minə qədər əsgər göndərməyi planlaşdırır.

Bu, Putin tərəfindən Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş hissələrinin Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinə “daxil edilməsi” haqqında fərman imzalandıqdan sonra baş verib.

Bundan əvvəl ruslar Ukrayna vətəndaşlarını da səfərbər etmişdilər, lakin bu yalnız Donetsk və Luqansk vilayətlərinə, həmçinin Krıma aid idi.


Bizim.Media

Seçilən
37
2
bizim.media

3Mənbələr