AZ

Azərbaycan Dövlət Aqrar Universitetində 73 min manatlıq “alış-veriş”

Azərbaycan Dövlət Aqrar Universiteti tələbə evləri və tədris binalarını təmir etdirir.

Azərbaycan Dövlət Aqrar Universiteti tələbə evlərinin və tədris binalarının cari təmir və bərpası üçün keçirilən tenderin qalibi “GÜVƏN LUX” MMC olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 73.191,41 AZN təşkil edir. Satınalma çərçivəsində aşağıdakı mallar təmin olunacaq:

Lampalar: 60W, 36W, 18W E27 – ümumilikdə 800 ədəd;

Zibil torbaları: böyük 120lt (1.500 ədəd), kiçik 30lt (700 ədəd);

Əlcəklər: fəhlə əlcəyi, 960 ədəd;

Smisitel: duş üçün 100 dəst, mətbəx və əl-üz yuma yeri üçün 20 ədəd;

Krantlar: təkli, əyri formalı 100 ədəd, arko krant 200 ədəd;

Radiatorlar: müxtəlif ölçülərdə 300 ədəd;

BD başlığı: WC otaqları üçün 200 ədəd; və sair təmir və quraşdırma materialları…

Bildirək ki, qalib şirkətin nizamanmə kapitalı 10 manat, qanuni təmçsilçisi ELMAR HƏMİDOV RAMİZ OĞLUdur.

Qeyd edək ki, ali təhsil ocağının Rektor Zəfər Qurbanovdur.

Seçilən
20
nocomment.az

1Mənbələr