AZ

İraqın XİN rəhbəri PKK üzvlərini tərksilah olunmağa çağırdı

BAKI, 2 noyabr. TELEQRAF

İraqın xarici işlər naziri Fuad Hüseyn Türkiyədən çıxaraq ölkənin şimalına çəkilən Kürdüstan Fəhlə Partiyası (PKK) üzvlərini tərksilah olunmağa çağırıb.

Teleqraf "Associated Press"ə istinadən xəbər verir ki,PKK Ankara ilə danışıqlardan sonra iyul ayında döyüşçülərini Türkiyədən çıxarıb və simvolik bir mərasimlə Şimali İraqda silahlarını yerə qoymağa başlayıb.

İraq XİN rəhbəri F.Hüseynin sözlərinə görə, PKK-nın silahlı ünsürləri Şimali İraqda, xüsusən Sincar və Mahmudda qalır. Bazar günü Bağdadda türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında danışan Hüseyn Türkiyə ilə PKK arasındakı razılaşmanı dəstəklədiklərini bildirib.

O, Fidanla Şimali İraqdakı “PKK ünsürləri” məsələsini müzakirə etdiyini bildirib. Fidan qeyd edib ki, Türkiyə PKK-nın İraqdakı silahlı əməliyyatlarını dayandıraraq oradan, eləcə də İran və Suriyanın bəzi bölgələrindən geri çəkiləcəyinə ümid edir.

“Biz İraqla sıx əməkdaşlıq edirik və mən həm İraqa, həm də Kürdüstana bu məsələdə əməkdaşlığa görə minnətdaram.

Kürdüstan İcmaları Birliyinin üzvü Səbri Oq bu həftə Türkiyədəki bütün PKK qüvvələrinin “toqquşmaların və ya təxribatların qarşısını almaq üçün” İraqın şimalındakı bölgələrə geri çəkildiyini açıqlayıb.

Süleymaniyyə Beynəlxalq Hava Limanının sözçüsü "Associated Press"ə bildirib ki, İraqla Türkiyə arasında iki ildən çoxdur bağlı olan hava nəqliyyatı bazar ertəsi günü bərpa olunacaq.

Seçilən
22
teleqraf.com

1Mənbələr