AZ

“Sovet Şampanı” olmadan nə Yeni il?\

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

...Bizim o kinoda necə deyir,.. hə, yadıma düşdü,.. deyir, işin “zaqar” vaxtında Paşa da vurub maşını sındırıb...

Nədən danışırdıq?

...Hə, SİA-nın məlumatına görə, Rusiyada istehlakçılar Yeni il qabağı köpüklü şərabları aktiv şəkildə tədarük edirlər, amma...

Və bu “amma”ya görə, bazar analitikləri məşhur “Sovet Şampanı” kateqoriyasının qiymətinin standart şüşə üçün 100-200 rubl artacağını bildirirlər.

...Deməli, distribyutor şirkətinin kommersiya direktoru Aleksey Voronin, iri pərakəndə satış şirkətlərinin köpüklü şərablara mövsümi endirimlərdən imtina etmə ehtimalına işarə edir.

O, ilk qiymət düzəlişlərinin noyabr ayında görünə biləcəyini təxmin edir.

...“Abrau” ticarət evinin rəhbəri Nikolaev Korolev vergi dəyişikliklərinin yerli istehsalçılara təsirini təsdiqləyir. Ekspert vəziyyəti sadəcə planlaşdırılan indeksasiya deyil, istehlakçı xərclərinə əhəmiyyətli təsir kimi xarakterizə edir. Vergi dəyişiklikləri idxal olunan şərab məhsulları üçün əlavə çətinliklər yaradır.

Xarici istehsalçılar aksiz vergisinin bir hissəsini geri almaq imkanını itirirlər və nəticədə vergi məhsulun son qiymətinə tam daxil edilir.

Sevastopol Üzümçüləri və Şərabçılar Assosiasiyasının həmtəsisçisi Oleq Nikolaev bildirir ki, istehsalçılar vergi dəyişikliklərinə əvvəlcədən hazırlaşırlar.

Şirkətlər artıq gələcək aksiz vergisinin artımını qiymət siyasətlərinə daxil etməyə başlayırlar.

Bunlar məlum, amma mən baş aça bilmirəm: “Sovet Şampanı” olmadan nə Yeni il?

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
sia.az

2Mənbələr