AZ

“Sumqayıt” “Araz-Naxçıvan” üzərində əzmkar qələbə qazandı

SUMQAYIT, 2 noyabr. TELEQRAF

“Sumqayıt” komandası Azərbaycan Premyer Liqasının X turu çərçivəsində “Araz-Naxçıvan”la qarşılaşıb.

Teleqraf xəbər verir ki, “kimyaçılar” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda 3:2 hesablı qələbə qazanıb.

Meydan sahiblərindən Roy Kehat (17, 79) dubla imza atıb, Ronaldo Vaskes (69) isə bir qol vurub.

Muxtar Respublika təmsilçisindən Şarl Boli (41) və Patrik Andrade (51) fərqlənib.

Bununla da “Sumqayıt” xallarının sayını 17-yə çatdıraraq 4-cü pilləyə yüksəlib. “Araz-Naxçıvan” isə 16 xalla beşincidir.

Qeyd edək ki, tura noyabrın 3-də baş tutacaq “Sabah” - “Qəbələ” matçı ilə yekun vurulacaq.

Seçilən
27
teleqraf.com

1Mənbələr