"Evdə, azarkeşlərimizin önündə qələbə qazandığımız üçün çox xoşbəxtəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Freddi Varqas deyib.
Venesuelalı futbolçu Misli Premyer Liqasının 10-cu turunda "Kəpəz"ə qarşı keçirilmiş (5:1) matç barədə danışıb: "Üç xal qazanmaq bizim üçün çox vacib idi. Qarşıda bizi Azərbaycan derbisi gözləyir. Növbəti görüşdə də qələbə qazanacağımıza ümid edirəm. Baş məşqçi məni o mövqeyə bəzi matçlarda yönləndirib. "Kəpəz"lə görüşdə 10 nömrə mövqeyinə start heyətində çıxmışdım. Əlimdən gələni etməyə çalışdım".
saytlarin hazirlanmasi