AZ

Rusiya Finlandiya ilə enerji müqaviləsini ləğv edir

BAKI, 2 noyabr. TELEQRAF

Rusiyanın Baş naziri Mixail Mişustin SSRİ hökuməti ilə Finlandiya hökuməti arasında imzalanmış enerji müqaviləsinin ləğv edilməsi barədə göstəriş verib.

Teleqraf "Gazeta.ru"ya istinadən xəbər verir ki, söhbət Vuoksa çayı üzərində yerləşən Svetoqorsk və İmatra elektrik stansiyalarının işlənməsinə dair sazişdən gedir.

Saziş 1972-ci il iyulun 12-də Helsinkidə imzalanıb.

Mişustin Finlandiya tərəfinin Rusiyadan elektrik enerjisini almaqdan birtərəfli imtina etdiyi üçün Moskvanın heç bir kompensasiya ödəməyəcəyini bildirib.

Seçilən
33
teleqraf.com

1Mənbələr