AZ

Putin əsgərlərə göstəriş verdi: Tələsməyin FOTO

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin Moskvanın Mandrika Mərkəzi Hərbi Klinik Hospitalında Hava Hücumundan Müdafiə Qüvvələrinin üzvləri ilə şəkil  çəkdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” proqramında məlumat verilib.

Rusiya lideri xəstəxana otağında kollektiv şəkil çəkdirməzdən əvvəl əsgərlərə “O tərəfə gedin, tələsməyin, tələsməyin… Bu tərəfə gəlin”, – deyə göstəriş verib.

Kremlin mətbuat katibi Dmitri Peskov əmin edib ki, hamı kadrda olacaq və foto prezidentin rəsmi saytında dərc olunacaq.

Qeyd edək ki, Rusiya lideri oktyabrın 29-da xəstəxanada olub.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
globalinfo.az

1Mənbələr