AZ

"Milan"ın sabiq üzvü İtaliyaya qayıdacaq

“İnter” və “Milan”ın sabiq müdafiəçisi Dieqo Laşalt yenidən İtaliyada oynaya bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun “Leççe”yə keçəcəyi gözlənilir.

İtaliya klubunun baş məşqçisi Eusebio Di Françesko Uruqvay millisinin müdafiəçisini sərəncamında görmək istəyir.

Hazırda azad agent statusuna malik olan futbolçu “Defensor Sportinq”, “Bolonya”, “Empoli”, “Cenoa”, “Torino”, “Seltik”, “Dinamo”(Moskva) klublarında oynayıb.

 

saytlarin hazirlanmasi

Seçilən
20
2
sportal.az

3Mənbələr