AZ

Los-Anceles dünyanın ən çirkli şəhərləri sırasına düşüb

Los-Anceles hava keyfiyyəti baxımından dünyanın ən çirkli şəhərləri sırasına düşüb.

Şəhərdə PM2.5, azot dioksid və karbon monoksid səviyyələri təhlükəli həddə çataraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) normalarını dəfələrlə aşır.

Hava çirkliliyi avtomobil sıxlığı, sənaye fəaliyyətləri, yaxınlıqdakı meşə yanğınları və şəhərin coğrafi formasına görə toplanan tüstü ilə izah olunur.

Bildirilir ki, çirkli hava ağciyər və ürək xəstəlikləri riskini artırır, dərini və gözləri qıcıqlandırır, açıq hava tədbirlərinə mənfi təsir göstərir.

Şəhər rəhbərliyi elektrikli nəqliyyatın payını artırmaq, “dizel” yük maşınlarının şəhərə girişini məhdudlaşdırmaq və ictimai nəqliyyata keçidi təşviq etmək planlarını açıqlayıb.

Qeyd edək ki, Delhi, Pekin, Lahor və Karaçi də dünyada hava çirkliliyi yüksək olan şəhərlərdir.

Seçilən
25
1
banker.az

2Mənbələr