İtaliyanın Cənubi Tirol bölgəsində baş vermiş qar uçqunu nəticəsində Almaniyadan olan beş alpinist həlak olub.
Oxu.Az "Tagesschau" nəşrinə istinadən xəbər verir ki, bu barədə İtaliya Dağ Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, xilasedicilər həlak olanlardan üçünün dünən, daha ikisinin cəsədini bu gün tapıblar. Dominos pizza
Bildirilir ki, turistlər noyabrın 1-də 3500 metr hündürlüyündəki Ortles dağ massivinə qalxarkən qar uçqununa düşüblər.
Telegram kanalımız