AZ

Lamin Yamal Pike ilə Şakiranın əfsanəvi villasına göz dikdi - FOTO

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal Jerar Pike ilə Şakiranın ayrılığından sonra boş qalan malikanədə çəkdirdiyi fotolarla diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, 14 milyon avro dəyərində olan bu villa tennis kortundan tutmuş peşəkar səsyazma studiyasına qədər hər cür imkanla təchiz olunub.

DDDDDDD.jpg

Yamalın paylaşımı sosial mediada səs-küy yaradıb. Gənc futbolçunun həmin villanı aldığı iddiaları isə yenidən gündəmə gəlib. Lakin onun villanı həqiqətən alıb-almadığı hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Sözügedən villa Barselona yaxınlığındakı Espluqes-de-Lıobreqat bölgəsində yerləşir. Bu ərazi klubun məşq bazasına yaxınlığı və dəbdəbəli yaşayış evləri ilə tanınır. Məhəllədə "Barselona"nın digər ulduzları - Alexandro Balde, Ronald Arauxo və klubun əfsanəvi futbolçusu Andres İnyesta da yaşayır. 

"El País" qəzetinin yazdığına görə, Lamin Yamal sözügedən villanı almaqda maraqlıdır. 

2012-ci ildə inşa edilən və 3800 kvadratmetr ərazini əhatə edən villa 3 binadan ibarətdir. Əsas binada tennis kortu, qapalı və açıq hovuzlar, eləcə də səsyazma studiyası mövcuddur. Yamalın villanın qalan hissələrini yenidən bərpa etdirmək üçün böyük bir büdcə ayırmağa hazırlaşdığı bildirilir. 

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr