AZ

Netanyahu: Fələstinli məhbusun döyülməsi videosu İsrailin nüfuzuna böyük zərbədir

BAKI, 02 noyabr. TELEQRAF

Teman istintaq təcridxanasında fələstinli məhbusun vəhşicəsinə döyülməsiniəks etdirən videolar İsrailin və İsrail ordusununreputasiyasına böyük zərbədir.

Teleqraf "Times of Israel"a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Bu, bəlkə də İsrailin yarandığı gündən bəri məruz qaldığı ən ciddi PR hücumudur; daha güclü zərbəni xatırlamıram. Bu, müstəqil və qərəzsiz araşdırma tələb edir və mən bu araşdırmanın aparılacağını gözləyirəm" - deyə, Netanyahu bildirib.

“Times of Israel”in məlumatına görə, hərbi vəkil general-mayor İfat Tomer-Yeruşalmi 2024-cü ildə Teman hərbi təcridxanasında bir neçə İsrail əsgəri tərəfindən fələstinli məhbusun vəhşicəsinə döyülməsi əks etdirən videonu sosial şəbəkələrdə yayıb və daha sonra istefa verib.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr