AZ

Laricanidən SENSASİON AÇIQLAMA “İran iki həftə ərzində atom bombası...” - VİDEO

İranın Məhkəmə-Ədliyyə Sisteminin İnsan Haqları Qərargahının keçmiş katibi Cavad Laricani bildirib ki, ölkə texniki baxımdan iki həftədən az müddətdə nüvə bombası istehsal edə biləcək potensiala malikdir, lakin ali rəhbəri bunu qadağan edən fətvası belə bir addıma mane olur.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

“Ölkə iki həftədən az müddətdə atom bombasına sahib ola bilər, amma biz dinimizə sadiqik”, - Laricani çıxışında söyləyib.

O əlavə edib ki, müharibə halında hər iki tərəfin məhdudiyyətləri olacağını və Xameneyinin nüvə silahlarının hazırlanmasının yolverilməzliyi ilə bağlı fətvasının şiə hüququ tarixində geniş əsaslara malik olduğunu vurğulayıb.

O, eyni zamanda ölkənin qabiliyyətlərinin inkişaf etdirilməsinin tərəfdarı olduğunu, bu qabiliyyətlərin hər sahədə vacib olduğunu ifadə edib, lakin dini və siyasi məhdudiyyətlər çərçivəsində hərəkət ediləcəyini deyib. 

Musavat.com

Seçilən
12
7
musavat.com

10Mənbələr