AZ

Balıkesirdə yenə zəlzələ oldu

Türkiyədə 4,3 bal gücündə zəlzələ olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 ballıq zəlzələ baş vermişdi. Həmin hadisədə çökən binanın dağıntıları altından bir ailənin 4 üzvünün meyiti çıxarılmışdı.

"Cebheinfo.az"

Seçilən
39
cebheinfo.az

1Mənbələr