AZ

Pakistanın müdafiə naziri: Taliban rejimi Əfqanıstanı təmsil etmir

BAKI, 02 noyabr. TELEQRAF

Taliban nümayəndələrinin Əfqanıstan dövlətinin adından danışmaq hüququ yoxdur.

Teleqraf xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif sosial media hesabında bildirib.

X.Asif qeyd edib: "Pakistan xalqı, xüsusən də Xayber-Paxtunxva əyalətində yaşayanlar Taliban rejiminin “terrorçuluğa xain dəstəyini ” yaxşı bilirlər. Hindistan da buna kömək edir. Dörd il hakimiyyətdə olmasına baxmayaraq, Taliban rejimi hələ də beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bu rejim ritorika ilə və xarici qüvvələrin vəkilliyi ilə özünün parçalanmışlığını, qeyri-sabitliyini və idarəolunmazlığını gizlətməyə çalışır”.

Nazir həmçinin Talibanı söz azadlığı, təhsil və siyasi iştirak kimi fundamental vətəndaş hüquqlarını boğmaqda ittiham edib.

Asif bildirib ki, Pakistanın öz vətəndaşlarını “sərhəd terrorizmindən” qorumaq siyasəti və “Təhrik-e-Taliban Pakistan” (TTP) təşkilatının ideyaları ölkə hökumətinin vahid və ardıcıl kursu olaraq qalır.

Seçilən
41
teleqraf.com

1Mənbələr