Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.
Manset.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.
O, "Slaviya Praqa" (Çexiya) - "Arsenal" (İngiltərə) matçına təyinat alıb.
Noyabrın 4-ü Praqada keçiriləcək qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaqlar, Elçin Məsiyev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.