AZ

"Turan Tovuz" qələbə qazandı

"Turan Tovuz" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. Metbuat.az xəbər verir ki, bölgə təmsilçisi X turda "Şamaxı" ilə üz-üzə gəlib.Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib.Komandanın qollarını 45+2-ci dəqiqədə Roberto Olabe, 49-cu dəqiqədə Joarlem Santos vurub.Qonaqlardan 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Turan Tovuz" birinci pillədə qərarlaşıb. "Şamaxı" 10 xalla doqquzuncu sıradadır.

Seçilən
30
6
metbuat.az

10Mənbələr