BAKI, 2 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının X turunun növbəti oyunu “Turan Tovuz” və “Şamaxı” komandaları arasında baş tutub.
Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda təşkil olunan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivdən yeganə qolu 45-ci dəqiqədə penaltidən Rikardo Apolinario vurub.
Kurban Berdıyevin komandasından isə Roberto Olabe (45+2) və Jo (49) fərqləniblər.
“Turan Tovuz” bununla da xallarının sayını 21-ə çatdıraraq liderliyə yüksəlib. “Şamaxı” 10 xalla doqquzuncudur.
Qeyd edək ki, tura noyabrın 3-də yekun vurulacaq.