AZ

Jurnalistin südçü oğlu necə icra başçısı olub?

Azərbaycanda icra başçılarını araşdıranda qarşıma çıxanlarin hşHollivudun mafiya filmlərinin ssenarisindən daha maraqlı olduğunu görbür. Məsələn, aşağıdakı film…

İlk işinə südçülüklə başlayıb polis əməliyyatçısı inspektor və digər sahələrdən irəliləyərək 20 illik icra başçısı vəzifəsinə sahiblənən Xəzər Aslanovun atası, jurnalist Qəşəm Aslanovun da öldüyü günə qədər icra başçısı olduğunu bilirdiniz? O, qəzaya düşəndə Şuşanın birinci katibi idi.

Niyə təəccübləndiniz? Azərbaycanda həmişə kreslo atadan oğula ötürülür. Bəzən Fəzail Ağamalı kimi qızına düşkün atalar fərqlilik etsə də…

Xəzər Aslanovun atası Qəsəm müəllim Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. SSRİ Jurnalistlər İttifaqının üzvü olan Aslanov jurnalist kimi uzun müddət fəaliyyət göstərib. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirib. Öz kəndlərində orta məktəbdə dil ədəbiyyat müəllimi, “Sevan”, “Azərbaycan gəncləri” qəzetinin redaktoru və sair kimi vəzifələrdə çalışıb. İsmayıllı, AbşeronŞuşa rayon partiya komitələrinin birinci katibi vəzifəsinə gətirilib. Qəşəm Aslanov 1984-cü ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib. O, dünyasını dəyişdiyi günə qədər Şuşanın birinci katibi vəzifəsində çalışıb.

Qəşəm Aslanovun oğlu Xəzər Aslanovun ali təhsili olmadığı üçün ilk iş yeri orta məktəbdə muəllimlik olmayıb, Xırdalan süd fabriki olub. Xəzər Aslanov burada südçü kimi çalışıb . Sonra isə məhkəmə katibi, ”İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, “Fədai” kooperativinin sədri, “Aslan R.Q” k/m-da kommersiya direktoru, “ER-COMPANY LTD”-də mütəxəssis, Daxili İşlər Nazirliyində əməliyyatçı, “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi kimi fəaliyyət göstərib.

Xəzər Aslanovun icra strukturlarında karyerası Göygöldən başlayıb. Bu rayonun icra başçısının müavini, sonra I müavini olub. Ardınca Yardımlının icra başçısı və 2012-ci ildən bu günə qədər Xızı rayon icra başçısı vəzifəsini tutan Xəzər Aslanovun hərbi xidmətdə olmadığı və ali təhsil almaması deyilir. Bu barədə Vikipediyada da yazılmayıb.

Xızı camaatı isə Xəzər Aslanovu qazon tədarükçüsü, Xızını “yaşıllaşdıran” və hicaba nifrət edən, atasının sayəsində ömürlük vəzifə daşıyan bir məmur kimi tanıdığını deyir.

Qarşı tərəfin mövqeyini bildirsə paylaşacam

Arzu Abdullah Gül Zaman (birTacxeber.com)

Poliqon.info

Seçilən
61
poliqon.info

1Mənbələr