İspaniya La Liqasının 11-ci turunda “Sevilya" üzərində qələbə (3:0) “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, dünən keçirilən matçda adını tabloya yazdıran fransalı çempionatdakı 200-cü qolunu vurub.
Qrizmann La Liqada bu sayda qola imza atan 6-cı legioner olub.
Antuandan əvvəl İspaniyanın elitasında yalnız 5 əcnəbi futbolçu 200 qol vura bilib. Bunlar Alfredo Di Stefano (Argentina, 227 qol), Huqo Sançes (Meksika, 234), Kərim Benzema (Fransa, 238), Kriştianu Ronaldu (Portuqaliya, 311) və Lionel Messidir (Argentina, 474).