AZ

İran Xəzər sahilində nüvə stansiyası TİKİR

İran Xəzər dənizinə çıxışı olan şimaldakı Gülüstan əyalətində yeni nüvə elektrik stansiyasının tikintisinə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri və vitse-prezidenti Məhəmməd Eslami məlumat verib.

Eslamiyə istinadən qurumun mətbuat xidməti bildirib ki, “böyük səylər nəticəsində uyğun torpaq sahəsi tapılıb və Gülüstan əyalətinin sahilində nüvə elektrik stansiyasının tikintisi layihəsinə start verilib”.

AEOI rəhbərinin sözlərinə görə, İranın ali liderinin müəyyən etdiyi 20 min meqavatlıq ümumi elektrik istehsal gücünə çatmaq məqsədilə ölkədə bir neçə nüvə stansiyasının inşası planlaşdırılır.

Planlara həmçinin 1979-cu il İslam İnqilabından əvvəl başlanmış, lakin yarımçıq qalmış Xuzistan əyalətindəki nüvə elektrik stansiyasının tikintisinin tamamlanması da daxildir.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Gülüstan əyalətinin yerli hakimiyyəti Atom Enerjisi Təşkilatına müraciət edərək, bölgənin elektrik enerjisi tələbatını ödəmək məqsədilə yeni nüvə stansiyasının tikilməsini təklif edib.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr