AZ

“Sumqayıt” – “Araz Naxçıvan” matçına doğru: İki tərəfdə ciddi itkilər

Misli Premyer Liqasının X turunda “Sumqayıt” “Araz Naxçıvan”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda görüşə ciddi itkilərlə ilə çıxacaq. Kapitan Səbuhi Abdullazadə cəzalı, Ayxan Süleymanlı isə zədə səbəbindən meydanda olmayacaq.

“Araz Naxçıvan”da isə cəzalı oyunçu yoxdur. Rahil Məmmədovla Əyyub Allaş zədəli olduqları üçün “Sumqayıt”a qarşı oynamayacaqlar. Bəxtiyar Həsənalızadənin də yüngül zədəsi var. Onun meydana çıxıb-çıxmayacağı oyun günü bilinəcək.

Qeyd edək ki, “Sumqayıt” – “Araz-Naxçıvan” oyunu noyabrın 2-də keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Seçilən
20
1
idmanxeber.az

2Mənbələr