AZ

"Turan” Tovuzda "Şamaxı" ilə qarşılaşır - CANLI YAYIM

Premyer Liqada X turun daha iki oyunu bu gün keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək.

Tovuz şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. Meydan sahibləri 18 xalla üçüncü, Şamaxı klubu 10 xalla doqquzuncu sıradadır.

Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq. Matç saat 18:30-da başlayacaq.

"Gənclik şəhəri" təmsilçisi 14 xalla yeddinci, Naxçıvan komandası 16 xalla dördüncü pillədə qərarlaşıb.

Tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.

16:00. "Turan Tovuz" – "Şamaxı" 0:0

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Tovuz şəhər stadionu

"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdiyev

"Şamaxı": 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov 6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov

18:30. "Sumqayıt" – "Araz-Naxçıvan"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
42
8
sportinfo.az

10Mənbələr