AZ

İran nüvə proqramı ilə əlaqədar müzakirələrə başlamaq üçün mesajlar alıb – hökumət sözçüsü

Bakı. Trend:

İran Xarici İşlər Nazirliyi nüvə proqramı ilə əlaqədarmüzakirələrə yenidən başlamaq üçün mesajlar alıb.

Trend-inməlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bugün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu mesajların mahiyyəti lazımi zamandaictimaiyyətə açıqlanacaq.

12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞarasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlərnaziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndəheyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndəheyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi StivUitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cüraundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliyapaytaxtı Romada baş tutub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Seçilən
43
1
az.trend.az

2Mənbələr