AZ

Anna Blinkova Çində keçirilən WTA-250 turnirinin qalibi olub

Rusiyalı tennisçi, dünya reytinqində 95-ci pillədə qərarlaşan Anna Blinkova Çinin Czuczyan şəhərində keçirilən WTA-250 turnirinin qalibi olub.

90deqiqe.Az xəbər verir ki, final görüşündə Blinkova Avstriya təmsilçisi, WTA reytinqində 235-ci yerdə qərarlaşan Lilli Taqqeri 6:3, 6:3 hesabı ilə məğlub edib.

Matç 1 saat 41 dəqiqə davam edib. 

Bu qələbə rusiyalı tennisçinin karyerasında ikinci titul, həm də 2022-ci ildən bəri ilk uğuru olub. Turnirin yekununa əsasən, Blinkova dünya reytinqinin ilk 70-liyinə daxil olacaq.

Seçilən
33
90deqiqe.az

1Mənbələr