AZ

İran ABŞ-ın nüvə danışıqları ilə bağlı təkliflərini aldığını təsdiqlədi

İran Xarici İşlər Nazirliyi ABŞ-ın nüvə proqramı üzrə danışıqların bərpası ilə bağlı təkliflərini vasitəçilər vasitəsilə aldığını təsdiqləyib.

Musavat.com-un xəbərinə görə, nazirliyin rəsmisi Fatimə Mohacerani bildirib ki, “İran XİN danışıqların bərpası ilə bağlı mesajlar alıb və bu məsələ hazırda dəyərləndirilir”.

Onun sözlərinə görə, təkliflərin detalları barədə rəsmi açıqlama yaxın günlərdə veriləcək.

Məlumata görə, bu ilin 12 aprel tarixindən etibarən İran və ABŞ arasında Oman vasitəçiliyi ilə 5 raund qeyri-birbaşa danışıqlar keçirilib. Lakin növbəti görüş iyun ayında İsrailin İrana hava zərbələri endirməsindən sonra ləğv olunub.

Xatırladaq ki, ABŞ da 22 iyunda İranın Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə cavab zərbələri endirmişdi. Həmin hücumların ardından vəziyyətin gərginləşməsi fonunda ABŞ prezidenti Donald Tramp atəşkəs elan edib. Həm Tehran, həm də İsrail bu atəşkəsə razılıq verib.

İran tərəfi isə bir daha bəyan edib ki, ölkənin nüvə proqramı sırf dinc məqsədlərə xidmət edir və beynəlxalq hüquq çərçivəsində həyata keçirilir.

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr