
İsrailin hava zərbəsi nəticəsində şənbə günü Livanın cənubunda dörd nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“2024-cü ilin noyabrında “Hizbullah” hərəkatı ilə atəşkəs əldə edilməsinə baxmayaraq, İsrail hələ də Livanın cənubundakı beş rayonda hərbçilərini saxlayır və mütəmadi olaraq bu istiqamətdə hava zərbələri endirir. İsrail rəsmiləri bu hücumların “Hizbullah”a qarşı yönəldildiyini bəyan edirlər”, - telekanal bildirir.
Səhiyyə Nazirliyinin məlumatına görə, Nəbatiyyə bölgəsində İsrailin hava zərbəsi nəticəsində dörd nəfər həlak olub, daha üç nəfər yaralanıb.