AZ

Elvin Camalov: “Qarabağ”a qalib gəlmək üçün hər şeyi edəcəyik”

“Bu matça ciddi hazırlaşmışdıq”.

Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Elvin Camalov deyib.

Azərbaycanlı yarımmüdafiəçi komandanın daha yaxşı nəticələr əldə edəcəyinə inandığını bildirib:

“Ən vacib məqam ilk hissədə qollar vurmağımız idi. Bunun sayəsində ikinci hissədə oyun bizim üçün daha rahat keçdi. Kollektivə Abubakar kimi səviyyəli futbolçuların qoşulması komandada forma uğrunda rəqabəti artırır. Sambunun vurduğu iki qoldan da bunu görmək mümkündür. Ağadadaş kimi istedadlı oyunçumuz da var və düşünürəm ki, Abubakarın gəlişi ona da müsbət təsir göstərəcək. Hər ikisi meydana çıxanda fürsətlərdən yaxşı istifadə edirlər. Bundan əvvəlki oyunlarda çoxlu heç-heçə nəticələri qeydə alınırdı. Məncə, bu cür qalibiyyət seriyası “qara zolaq”dan çıxmaq üçün vacib idi. Bunu bacardığımıza görə növbəti qələbələrə də inanırıq. Hər oyun bizim üçün xüsusi əhəmiyyət daşıyır. Lakin “Qarabağ”la matç azarkeşlər üçün həm rəqabət, həm də gərginlik baxımından daha maraqlı olur. “Qarabağ”ın iki heyəti var və hər iki heyətdə də istedadlı futbolçular çıxış edir. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Düşünürəm ki, əvvəlki görüşlərdə çatışmayan cəhətlərimiz var idi. Hər qarşılaşmadan sonra həmin problemləri analiz edib üzərində işləyirdik. Bunun nəticəsi olaraq da artıq qələbələr qazanırıq”.

İstanbul derbisi bu kanalda

"Sabah" Kəpəz"i, "Araz-Naxçıvan" isə "Şamaxı"nı məğlub edib

“Sumqayıt”da yeni futbolçu

Çempionlar Liqası: “Araz Naxçıvan” növbəti mərhələyə yüksəlib

Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"

Seçilən
39
1
apasport.az

2Mənbələr