AZ

“Mbappe və Vinisius arasında münasibətlər əladır”

"Real”ın baş məşqçisi Xabi Alonso La Liqanın 11-ci turunda “Valensiya” üzərində 4:0 hesablı qələbədən sonra komandanın penaltini icra etməsi ilə bağlı qərarı şərh edib.

90deqiqe.Az xəbər verir ki, jurnalistlər fransalı hücumçu Kilian Mbappenin, komandanın əsas penaltisti olmasına baxmayaraq, 11 metrlik zərbəni Vinisius Juniora buraxmasının səbəbini soruşublar.

“Mbappe iki qol vurdu. Komandadakı ab-hava çox yaxşıdır, oyunçular arasında münasibətlər də əladır. Onların bir-birinə olan hörməti və komanda ruhu bu epizodda özünü göstərdi”, – deyə Alonso matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, Mbappe oyunun 19 və 31-ci dəqiqələrində “Valensiya”nın qapısına yol tapıb.

Xatırladaq ki, oktyabrın 31-də fransalı futbolçuya ötən mövsümdə La Liqada vurduğu 31 qola görə “Qızıl buts” mükafatı təqdim olunub.

Seçilən
75
90deqiqe.az

1Mənbələr