AZ

"Valensiya" ilə oyunda zədələnən Ardanın son vəziyyəti açıqlandı

"Real Madrid"ın türk ulduzu Arda Güler La Liqanın 11-ci turunda "Valensiya" ilə oyunda (4:0) zədələnib.

Fanat.Az xəbər verir ki, matçın ilk hissəsində xəsarət alan 20 yaşlı yarımmüdafiəçi ikinci yarıda meydana çıxmayıb.

AS nəşrinin məlumatına görə, Türkiyə millisinin üzvünün zədəsi ciddi deyil və baş məşqçi Xabi Alonso onu qorumaq üçün əvəzləyib. Ardanın bu həftə Çempionlar Liqasının Liqa mərhələsində "Liverpul"la oyunda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Güler bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 20 matça çıxaraq 4 qol və 8 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Seçilən
15
fanat.az

1Mənbələr