AZ

“Mən məyus oldum, amma..."

“Real Madrid”in baş məşqçisi Xabi Alonso La Liqanın 11-ci turunda “Valensiya” ilə keçirilən oyunda (4:0) Vinisius Juniorun qaçırdığı penalti epizoduna münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, “Sport.es” ispan çalışdırıcının dediklərini belə çatdırıb.

“Penaltinin qaçırılmasına görə məyus oldum, çünki hesab 3:0 ola bilərdi. Bu, sadəcə bir az narazılıq idi, vəssalam. Komandamızda təyin olunmuş penalti vuran var — o da Mbappedir. Amma meydanda futbolçular öz aralarında qərar qəbul edə bilirlər. Mən zərbəni qola çevirdikləri zaman bundan zövq alıram. Mbappe hələ də komandanın əsas penalti vuran oyunçusudur”

Braziliyalı hücumçu görüşün 43-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Həmin anda hesab “Real”ın xeyrinə 2:0 idi.

Seçilən
55
90deqiqe.az

1Mənbələr