AZ

Tuapse limanında baş verən hücum nəticəsində iki mülki gəmi zədələnib

Krasnodar diyarının əməliyyat qrupu Telegram kanalında bildirib ki, Tuapse limanına pilotsuz təyyarənin hücumu nəticəsində iki xarici mülki gəmi zədələnib.

“Ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Hazırda bütün yanğınlar söndürülüb”, – məlumatda deyilir.

NOCOMMENT.az xəbər verir ki, bundan əvvəl Tuapsedə hava hücumundan müdafiə sistemi yenidən işə salınıb. Şəhərin meri Sergey Boykonun sözlərinə görə, bütün xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib. Krasnodar diyarının sakinlərinə pilotsuz təyyarə təhlükəsi ilə bağlı yenidən xəbərdarlıq edilib. Mer sakinləri evlərində qalmağa və şüşəsiz yerlərdə sığınacaq axtarmağa çağırıb.

Seçilən
33
nocomment.az

1Mənbələr