AZ

Bakıda V “Qələbə qaçışı” yarışı keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda Dənizkənarı Milli Parkda Gənclər və İdman NazirliyininAzərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ciildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyəyarışı keçirilib.

Trend xəbər verir ki, “Yeddigözəl” fəvvarəsinin qarşısından start götürən iştirakçılar 10kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.

1700-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qaçışda BəxtiyarƏsgərli kişilər kateqoriyasında birinci olub. Faqət Quliyev yarışıikinci, Elşad Nəsibov isə üçüncü pillədə başa vurublar. Qadınlararasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilküçlükdə qərarlaşıblar.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov,Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev, Olimpiya çempionu,"İdman veteranları" İctimai Birliyinin sədri ZemfiraMeftaxetdinova, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin başdirektoru Maqsud Fərzullayev və başqaları təqdim ediblər.

Həmçinin iki gün ərzində Dənizkənarı Milli Parkda əyləncə zonasıtəşkil olunub. Qaçış tədbiri əyləncəli konsert proqramı ilə davamedib.

Qeyd edək ki, 10 kilometrlik marafonun start və finiş xətti eyninöqtə - "Yeddi gözəl" fəvvarəsi olub.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Seçilən
40
9
az.trend.az

10Mənbələr