AZ

Misirdə dünyanın ən böyük arxeoloji muzeyi açıldı — 7 min illik tarix bir dam altında

Qahirədə Misir prezidenti Abdel Fəttah əs-Sisi və 80-dən çox ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə dünyanın ən böyük arxeoloji muzeyinin açılışı olub.

Musavat.com xəbər verir ki, yeni kompleks tək bir sivilizasiyaya həsr olunmuş dünyanın ən iri muzeyi hesab olunur. Onun sahəsi 500 min kvadratmetrdir və Qiza piramidalarının yaxınlığında yerləşir.

Muzeydə 100 min artefakt sərgilənir və bu eksponatlar 7 minillik Misir tarixini əhatə edir.

Ekspertlər muzeyin açılışını “dünya mədəni irsində yeni mərhələ” kimi dəyərləndiriblər.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr