Vüqar Kərəmov zəhərlənmə yaşadığı üçün "Rizin"də Koyomi Matsuşimaya qarşı döyüşə çıxa bilməyəcək. 

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan döyüşçüsü sosial şəbəkə səhifəsində paylaşım edib və üzr istəyib:

"Döyüşə bilmədiyim üçün "Rizin" təşkilatından, qurumun prezidenti cənab Sakikabaradan və azarkeşlərimdən üzr istəyirəm. 3 ay çox çalışdım və yaxşı formada idim. Amma təəssüf ki, döyüşdən 3 gün əvvəl zəhərləndim və bərpa ola bilmədim. Əlimdən gələnin ən yaxşısını edib, yaxşılaşacam və məşqlərə qayıdacam".