AZ

ABL: Bu gün 5-ci turun son oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında 5-ci tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son matç “Sabah” və “Abşeron Lions” arasında olacaq.

Matç saat 18:00-da start götürəcək. “Sabah” 8 xalla A qrupunda liderdir. Eyni xala malik olan “Abşeron Lions” ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (91:76), “Sumqayıt” “Sərhədçi”ni (84:80), “Şəki” “Gəncə”ni (84:70), “Naxçıvan” “Quba”nı (86:78), “Neftçi” isə NTD-ni (99:71) məğlub edib.

Seçilən
18
fanat.az

1Mənbələr