AZ

Messinin möhtəşəm qolu “İnter Mayami”ni xilas edə bilmədi!

MLS-in pley-off mərhələsinin birinci raundunda “İnter Mayami” ilə “Neşvill” komandaları arasında keçirilən ikinci görüş başa çatıb.

90deqiqe.Az xəbər verir ki, matç “GEODIS Park” stadionunda oynanılıb və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaq komandanın kapitanı Lionel Messi bu qarşılaşmada gözəl qolla yadda qalıb.

“İnter Mayami” 89-cu dəqiqəyə qədər 0:2 hesabı ilə geridə idi. Argentinalı ulduz sağ cinahda Rodriqo De Paulun ötürməsini qəbul edib, hərəkətlə iki müdafiəçini aldatdıqdan sonra özünəməxsus tərzdə sol ayağı ilə topu qapının yaxın “doqquzluğuna” göndərib.

Lakin Messinin bu qolu komandasını məğlubiyyətdən xilas edə bilməyib. Beləliklə, seriyada hesab 1:1 olub. Komandalar arasında növbəti görüşün qalibi pley-off-un növbəti mərhələsinə yüksələcək.

Seçilən
48
90deqiqe.az

1Mənbələr