AZ

“Çelsi” “Tottenhem”i belə məğlub etdi! – Qurban Qurbanova məsləhət əvəzi

Əlbəttə, bu yazını qələmə almaqla futbolu Qurban Qurbanovdan daha yaxşı bildiyimizi iddia etmirik. Ancaq son vaxtlar nədənsə hədsiz gərgin görünən hörmətli çalışdırıcının işini bir qədər asanlaşdırmaq pis niyyət deyil. “Football-plus.az” artıq “Çelsi”nin premyer-liqanın 10-cu turunda səfərdə “Tottenhem”i 1:0 hesabıyla məğlub etdiyini xəbər verib. London derbisində yeganə qolu 34-cü dəqiqədə Joao Pedro vurub. “Çelsi” “mahmızlar”ın meydanında 4-2-3-1 sxemi ilə oynayıb. Qapıda Robert Sançesin mövqeyi dartışılmır. Müdafiədə soldan sağa Mark Kukurelya, Trevo Çaloba, Uesli Fofana və Ris Ceyms qərarlaşıb. Moyses Kaysedo ilə Malo Hüsto dayaq yarımmüdafiəçiləri kimi oynayıblar. Entso Mareska yarımmüdafiədə soldan sağa Alexandro Qarnaço, Entso Fernandes və Pedro Netoya güvənib. Nəhayət, yeganə hücumçu kimi Joao Pedro şans qazanıb.
Əlbəttə, “zadəganlar”ın qələbəsi o anlama gəlmir ki, Mareska Bakıda da bu start heyətinə güvənəcək. Baş məşqçi müdafiədə Açimponqla Fofana arasında tez-tez seçim edir. “Sanderlend”lə 9-cu turun oyununda Fernandeslə Kaysedonu dayaq yarımmüdafiəçiləri kimi oynatmışdısa, “Tottenhem”lə qarşılaşmada Kaysedonun yanına Hüstonu qoşdu. Və ya başqa bir məqam: “Sanderlend”lə oyunda yeganə hücumçu kimi Mark Giyuya güvənmişdi, amma bu dəfə onu ehtiyatda saxladı, Joao Pedronu hücumun sivri ucunda oynatdı.
Bir sözlə, İngiltərədəki sıx qrafiki də nəzərə alan Mareska heyətdə rotasiyalara əl atmağı xoşlayır. Biz isə bütün hallarda Qurban bəyə, onun futbol zəkasına inanırıq. “Qarabağ”a 1 xal hava və su kimi lazımdı, hoca!
ORXAN

Seçilən
46
1
football-plus.az

2Mənbələr