AZ

MPL: "Turan Tovuz" "Şamaxı"nı, "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edir -YENİLƏNİR

Misli Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Öncə stadionunun ot örtüyü dəyişdirilən və təmsil etdiyi şəhərə qayıdan “Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək. 

Günün ikinci qarşılaşması isə “Sumqayıt”la “Araz-Naxçıvan” arasında reallaşacaq.

Xatırladaq ki, daha öncə “Qarabağ” “İmişli”yə (2:0), “Neftçi” “Kəpəz”ə (5:1) qalib gəlib, “Karvan-Yevlax” “Zirə”yə (2:3) uduzub. “Sabah” – “Qəbələ” oyunu sabah keçiriləcək.

Misli Premyer Liqası
10-cu tur
2 noyabr

“Turan Tovuz” “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
Tovuz şəhər stadionu, 16:00.

Sumqayıt” “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.

Seçilən
11
15
fanat.az

10Mənbələr