AZ

"Qarabağ"ın rəqibi hücumçusunu itirdi

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” (Almaniya) itki ilə üzləşib.

QOL.az xəbər verir ki, komandanın hücumçusu Can Uzun sıradan çıxıb. O, Bundesliqanın 9-cu turunda “Haydenhaym”la oyunda (1:1) zədələnərək meydanı tərk edib.

"Bild"in məlumatına grə, türkiyəli forvard uzun müddət oynamaya bilər.

19 yaşlı Can Uzun bu mövüüm "Ayntraxt"da 13 oyuna 6 qol vurub, 4 qol ötürməsi edib.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu 2026-cı il, yanvarın 21-də keçiriləcək.

Seçilən
46
teleqraf.com

1Mənbələr